Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər

Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər

Date: 12 December 2015 22:32

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan Türkmənistanda Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
"Report"-un Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iki ölkənin hökümət nümayəndələrinin də iştirak etdiyi görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional təhlükəsizlik müzakirə olunub. Dövlət başçıları Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və Xəzər Dənizinin enerji resurlarının daşınması kimi məsələlərə də toxunublar.
Qeyd edək ki, Türkmənistanın tərəfsiz dövlət statusunu əldə etməsinin 20 illiyi ilə bağlı Aşxabadda bir sıra tədbirlər keçirilir.



Tags:  Gürcüstan Türkiyə prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər

RƏYLƏR


Top news