Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyarderlərin davası: “Axmaq ərəb şahzadəsi…”

Milyarderlərin davası: “Axmaq ərəb şahzadəsi…”

Date: 12 December 2015 22:42

Donald Tramp ABŞ üçün utanc yeridir.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanı şahzadəsi, milyarder Əl Valid bin Təlal öz Tvitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, Tramp prezidentlik uğrunda yarışdan əl çəkməlidir.
 
Şahzadənin bu açıqlamasına Tramp tezliklə öz Tvitter səhifəsi vasitəsilə cavab verib:
 
"Axmaq şahzadə əl Valid amerikalı siyasətçiləri özünün pulları ilə idarə etmək istəyir. Mən seçiləndə bunu edə bilməyəcək".
 
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bundan öncə müsəlmanların ABŞ-a səfərinin qadağan edilməsini təklif edib.
Milli.Az


Tags:  Milyarderlərin davası Axmaq ərəb şahzadəsi


RƏYLƏR


Top news