Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məntiqsiz insanlarla nə edək?

Məntiqsiz insanlarla nə edək?

Date: 12 December 2015 22:52

Həyatda istəsək də istəməsək də qəribə insanlarla rastlaşır və onlarla ünsiyyət saxlamağa məcbur oluruq. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, biz bu cür insanlarla müxtəlif şəkildə rəftar edirik. Bizlərdən bir çoxu bu cür insanlara dözməyə məcbur olur. Bəs psixologiya elmi bizə bu sahədə yardım edə bilərmi? Bu, bir həqiqətdir ki, bu cür insanları başa  düşmək bir məharət tələb edir ki, bəzilərini illər ərzində və bəzilərini tədricən tanımaq olur. Bu məntiqsiz insanları bir neçə qrupa bölmək olar:
- O insanlar ki, onlarla məntiqi söhbət etmək olmur. Onlar mövzunu bir-birinə qarışdırmaqda mahirdirlər. Sonra da sizə deyərlər ki, sizin özünüzün probleminiz var. Ünsiyyət qabiliyyətiniz aşağıdır.
- O insanlar ki, sizin sözlərinizdən səhv nəticə çıxarırlar.
- O insanlar ki, heç bir hörmət həddləri və sərhədləri yoxdur. Sizi əsəbləşdirməkdən ləzzət alırlar.
- O insanlar ki, özlərini heç bir vaxt sizin yerinizə qoymurlar. Sizin baxışınızla hadisəyə nəzər salmırlar. Məsələn, o zaman ki, öz problemləriniz haqqında onunla danışırsınız, sizi dərk etmirlər.
- O insanlar ki, sizdən sui-istifadə edirlər.
- O insanlar ki, yalançıdırlar.
- O insanlar ki, onlar söhbət edən zaman həyatınızın mənfi tərəflərinə diqqət edirsiniz. Onlarla söhbət edib qurtarandan sonra isə qəmgin olursunuz. Özünüzə qarşı mənfi hisslər keçirirsiniz.
- O insanlar ki, kinayə və məntiqsiz sözlərlə sizi özünüzdən çıxarırlar.
- O insanlar ki, zahirən günahsız görünürlər. Ancaq öz mənfi planlarını həmişə davam etdirir və sizə zərbə vururlar.
İndi isə bu cür insanlarla necə rəftar etməli olduğumuza diqqət edək:
1. O yerə qədər ki, mümkündür, bu cür insanlarla az ünsiyyət saxlamalıyıq. Çalışın ki, bu cür insanlarla bir masada əyləşəndə, başqaları ilə söhbət edəsiniz.
2. Qarşı tərəfin zirək hücumu. Əgər əziyyət verən bu insandan xilas ola bilmirsinizsə, çalışın ki, fikrini yayındırasınız. Çünki ancaq sizi narahat etmək üçün planlar cızır. Bu cür insanlara yanlış rəftar odur ki, onlarla məntiqi ünsiyyət bağlamağa çalışasınız. Ona görə zirək  olun, məsələn xoşagəlməz bir hadisəni yada salın və ya qarşı tərəfin hansısa bir sənət müvəffəqiyyətini xatırladın. Çalışın ki, bu işi soyuqqanlıqla yerinə yetirəsiniz. Qarşı tərəf hiss etməsin ki, siz bunları bilərəkdən yada salmısınız.
3. Bəzi insanların zatı pis deyildir. Ancaq fikirləri islah olunası deyildir. Onlarla söhbət edən zaman söhbəti məntiqlə başlayıb, hissləri oyadacaq hala çatdırın. Məsələn bir işçinizə başa salmaq istəyirsiniz ki, hansısa işdən çəkinsin, ancaq o, səhvini başa düşmək istəmir. Ona deyin ki, necə pak niyyətli bir insandır. Sonra da onun səhvini birbaşa deyil, dolayı yolla başa salın. Və həmin mənfi işinin nəticəsini ona göstərməyə çalışın. Onun sizin məntiqinizi qəbul etməməsi mühüm deyildir, mühüm odur ki, siz hədəfinizə çatasınız.
4. Çox söhbət etməyin, yersiz yerə enerji sərf etməyin. Az və seçilmiş sözlər işlədin. Bu yolla həm enerjiniz hifz olunar, həm də məntiqsiz insanın diqqətini az cəlb etmiş olarsınız. Bir daha onun hədəfinə çevrilməzsiniz.
5. Səhv etməyin. Siz nə qədər çalışsanız da, məntiqsiz insanı məntiqli yola gətirə bilməzsiniz. Ona görə də başqa yol axtarın.
6. Məntiqsiz insana başqalarının hücumu. O zaman ki, məntiqsiz insanla söhbət edirsiniz, başqaları onun zəif cəhətlərini görürlər. Ona görə də onlar sizi müdaifə edir və həmin insanı tənqid atəşinə tuturlar. Bu cür olarsa, həmin məntiqsiz insan bir daha sizi hədəf seçməz.
Çalışın ki, bu deyilənləri əməldə işlədəsiniz və faydasınız görərsiniz. 
Milli.Az


Tags:  Məntiqsiz insanlarla edək


RƏYLƏR


Top news