Cenevrədə şübhəli suriyalılar tutuldu

Cenevrədə şübhəli suriyalılar tutuldu
22:57 12 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Saxlanılan şəxslər həmçinin terrorçu qruplaşmaların fəaliyyətini qadağan edən qanunu pozmaqda şübhəli bilinirlər
Cenevrədə partlayıcı maddə və toksik qazların hazırlanma və daşınmasında ittiham edilən Suriya əsilli iki nəfər saxlanılıb.
Milli.Az "Report"a istinadən bildirir ki, ölkə prokurorluğu bildirib ki, saxlanılan şəxslər həmçinin terrorçu qruplaşmaların fəaliyyətini qadağan edən qanunu pozmaqda şübhəli bilinirlər.
İsveçrə hökuməti cümə günü "İŞİD" qruplaşmasının Cenevrədə "potensial hüceyrə" qurduğu barədə məlumat alıb.
Artıq bir həftədir ki, ölkə polisi və sərhəd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Yerli mətbuata əsasən suriyalılar polisə döyüş ləqəblərini bildiriblər və hazırda hüquq-mühafizə orqanları onların həqiqi adlarını müəyyən etməyə çalışır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR