Azərbaycana Çin pulları gələcək (VİDEO)

Azərbaycana Çin pulları gələcək (VİDEO)
23:01 12 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Çin Azərbaycanın enerji, təhsil, informasiya texnologiyaları, bank-maliyyə, kənd təsərrüfatı sahələrinə sərmayə qoyacaq.

ANS TV-nin məlumatına görə, Prezident İlham Əliyevin Çinə səfərini dəyərləndirən PA rəhbərinin müavini Novruz Məmmədov sərmayə qoyuluş ilə bağlı əməkdaşlığın davam etdirləcəyini söylədi: “Bank və maliyyə sahəsində də biz artıq əməkdaşlıq edirik. Asiya Bankında Azərbaycan artıq fəal iştirakçı və təsisçilərdən biridir. Bu istiqamətdə əməkdaşlıq genişlənəcək".

İki ölkə arasında tarixi Böyük İpək yolunun bərpası ilə bağlı razılığa gəlinib. Çindən gələn malların Avropaya daşınması üçün ən uğurlu variant Azərbaycandan keçən yoldur. Şərq-Qərb layihəsi Azərbaycanla Çini birləşdirir və bu əlaqələr həm dövlət başçıları həm də xalqlar arasında dotsluğa söykənir.

"Həm Şərq-Qərb dəhlizi, həm də Bakı-Tiflis-Qars dəmriyolu ilə yükdaşımalar ətrafında danışıqlar aparılır. Bu istiqamətdə proseslər davam edəcək".

İki dövlət həmçinin siyasi arenada, beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyəcək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə bütöv Çini tanıyır. Çinlə Azərbaycan təhlükəsizlik sahəsində, xüsusilə terorçuluğa ,o cümlədən İŞİD qarşı mübarizədə səylərin birləşdirilməsi barədə razılığa gəlib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR