Genesis G90 göstərildi - FOTO

Genesis G90 göstərildi - FOTO
23:12 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hyundai markasının yeni flaqmanı Genesis G90 (Koreyada EQ900 adlanır) nəhayət ki, rəsmən təqdim olundu. Avtomobil bazara növbəti ilin ikinci yarısında çıaxarılacaq. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sedan 5205 mm uzunluğa, 1915 mm enə və 1495 mm hündürlüyə sahib olub, təkər bazası isə, artıq 3160 mm təşkil edir. Avtomobilin cizgiləri markanın yeni Prestige Design Division dizayn mərkəzində Peter Şrayerin rəhbərliyi altında hazırlanıb. 

Yeni G90 müştəriləri üçün üç mühərrik seçimi olacaq. Baza versiyası 334 a.g. hasil edən 3,8 litrli Lambda V6 GDI güc aqreqatı ilə təchiz ediləcək. Bundan əlavə kapot altında 370 atlı 3,3 litrli Lambda V6 Turbo GDI, top versiyada isə 5 litrli 425 a.g. Tau V8 Gdi quraşdırılacaq. Bütün mühərriklər 8 pilləli avtomat transmissiya və HTRAC AWD tamötürmə sistemilə tandemdə çalışacaq. 

Flaqmanın bahalı versiyaları Lexicon musiqi sistemi, arxa oturacaqların 14 və ön oturacaqların 22 funksiyalı elektron tənzimlənməsi ilə öyünə bilər. Bundan əlavə, sedan 12,3 dyümlü multimedia displeyi, adaptiv "kruiz" və sürətli yollar üçün avtopilot sistemi də əldə edəcək.
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR