Milli.Az "Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti və plastik pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Milli.Az