Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Parisdə Qlobal iqlim razılaşması imzalanıb

Parisdə Qlobal iqlim razılaşması imzalanıb

Alimlər: Yer kürəsini iqlim cəhənnəmi gözləyir (28 Mart 2017 08:35)
Alimlər: Yer kürəsini iqlim cəhənnəmi gözləyir (27 Mart 2017 23:44)

Tarix: 12 Dekabr 2015 23:32

Bakı. 12 dekabr. REPORT.AZ/ Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransın (COP21) sonunda yekun razılaşma əldə olunub.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, konfrans iştirakçıları atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun XX əsrlə müqayisədə orta hesabla 2 dərəcədən yuxarı qalxmamasına dair razılıq əldə ediblər.
Bəzi inkişaf etmiş dövlətlərin etirazına baxmayaraq danışıqların sonunda Çin və Hindistan da yekun protokola müsbət rəy veriblər.
Razılaşma atmosferə atılan zərərli tullantıların həcmini azaltmaq üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur.
Mütəxəssislər sənədin təsdiqlənməsi tarixi qərar adlandırıblar.

Teqlər:  Parisdə Qlobal iqlim razılaşması imzalanıb



RƏYLƏR


Top xəbərlər