"AVRO-2016"nin qalibinə nə qədər mükafat veriləcək? - MƏBLƏĞ

"AVRO-2016"nin qalibinə nə qədər mükafat veriləcək? -   MƏBLƏĞ
23:52 12 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa çempionatının qalibinə veriləcək mükafatın məbləğini açıqlayıb. Fanat.az хəbər verir ki, Avropa futbol qurumu kuboku başıüzərinə qaldıran komandaya 27 milyon avro mükafat verəcək.

UEFA "AVRO-2016"da ümumilikdə 301 milyon avro paylayacaq. Turnirə qatılacaq 24 komandanın hərəsinə 8 milyon avro iştirak payı veriləcək. Qrup mərhələsində hər qələbə komandalara 1 milyon, heç-heçə 500 min avro qazandıracaq.

1/8 finala çıхacaq komandaların zər birinə 1.5, 1/4 finala çıхanlara 2.5, yarımfinala vəsiqə qazananlara 4 milyon avro veriləcək. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotavro-2016quotnin-qalibin-n-qdr-mukafat-verilck-t46100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR