İnsana verilən nemətlər, onun etdiyi şükürlərdən çoxdur

İnsana verilən nemətlər, onun etdiyi şükürlərdən çoxdur
23:52 12 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

İmam Əli (ə) Kumeylə buyurur: "Ey Kumeyl! Xataların yaxşı işlərindən çoxdur, qəflətin qəlb hüzurundan çoxdur, Pərvərdigarın nemətləri sənin şükür etməyindən daha çoxdur".

Hədisin şərhi.
 Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allahın insana əta etdiyi nemətlər insanın bu nemətlərə görə şükür etməsindən çoxdur. Misal üçün, ən dəyərli nemətlərdən olan göz neməti əgər insandan alınarsa, başına necə böyük bir müsibət gələr. Əgər insan ömrünün axırına qədər ancaq bu nemətin şükrünü yerinə yetirmək istəsə, məgər ona qadir olacaqdırmı? Göz yaşı gözü həmişə rütubətli saxlayır və əgər onu nəmləndirməzsə, çox qısa müddətdə göz qişası görmə qabiliyyətini itirəcəkdir. Məgər bunlar Allahın neməti deyildirlərmi? Bəzən həyatımızda elə nemətlər vardır ki, heç onları görmürük və ona diqqət etmirik. Həqiqətən də Allahın neməti ona edilən şükürdən daha çoxdur.
 
2. Gəlin bir düşünək ki, gecə və gündüz ərzində Allahı neçə dəfə yada salırıq? Gecə və gündüz qıldığımız namazlar məgər nə qədər vaxtımızı alır ki? Əgər Allahı yada salsaq, itirdiyimiz şeylər haqqında namazda düşünmərik. Ona görə də deyə bilərik ki, qafil olduğumuz zamanlar, qəlb hüzuru ilə Allaha diqqət etdiyimiz zamanlardan daha çoxdur.
 
3. Çox təəssüf ki, günahların bəzisini biz günah hesab etmirik. Yalan, töhmət, qeybət, naşükürlük, şayiə yaymaq, başqalarını məsxərə etmək kimi günhaları adiləşdirmişik. Etdiyimiz ibadətlərin də dəyəri olmur. Gah qəlb hüzurumuz olmur, gah da namazın rükətlərinin sayında şəkk edirik. Ona görə də günahlarımız yaxşı işlərimizdən daha çoxdur. (Tebyan)
İmamın (ə) bu sözləri deməkdə hədəfi budur ki, məbada özümüzü ideal insan hesab edək, əksinə, biz gərək həmişə özümüzü Allaha borclu və aciz hesab edək. Əgər təkamül etmək istəyiriksə, gərək özümüzü ehtiyaclı hesab edək. O kəs ki, özünü kamil hesab edər, bədbəxtliyini öz əli ilə yaratmış olar.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR