Çindən gələn ilk tranzit yük qatarı sabah Tiflisdə qarşılanacaq

Çindən gələn ilk tranzit yük qatarı sabah Tiflisdə qarşılanacaq
23:59 12 Dekabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Sabah Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, qatarı Tiflis dəmiryolunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Çinin Gürcüstandakı səfiri və "Gürcüstan Dəmir Yolları" idarəsinin baş direktoru qarşılayacaqlar. Sonra "İpək dəmiryolu" layihəsinin açılışı olacaq. Çinin Lyunyunqan limanından gələn qatar Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə yola düşəcək.

 

"Bu qatar "İpək Yolu" çərçivəsində ilk tranzit qatarıdır. Bu qatar qısa vaxt ərzində Asiya ilə Avropanı birləşdirəcək. Çinin şərq tərəfindən göndərilən yük 14-15 günə İstanbula çatacaq, dəniz yolu  İstanbula getmək 40-45 gün çəkir. İlin sonunadək Tiflis daha bir tranzit yük qatarını qəbul edəcək və 2016-cı ildə layihə çərçivəsində əlavə olaraq  bir neçə min konteyner daşınması planlaşdırılır. Bu layihə Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək", deyə Gürcüstan hökumətinin məlumatında  bildirilib.

 

Məlumata görə, ilk tranzit qatar 21 yük vaqonundan ibarətdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR