Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ələt-Astara magistralında qəza: 1 yaralı

Ələt-Astara magistralında qəza: 1 yaralı

Date: 13 December 2015 01:12

Bakı. 13 dekabr. REPORT.AZ/ Ələt-Astara magistralının 198-ci km-də yol qəza hadisəsi baş verib.
"Report" xəbər verir ki, Lənkəran rayon Kənarmeşə kənd sakini 1978-ci il təvəllüdlü Əkbərov İltimas Beytulla oğlu idarə etdiyi BMV markalı 42 BR 049 nömrə nişanlı avtomaşınla qəza törədib.
İlkin ehtimala görə sürücü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsində idarəetməni itirərək yol qovşağındakı dairənin beton hissəsinə toqquşub. Sonra zərbənin gücündən bir neçə metr aralıda olan başqa maneəyə çırpılıb. Hadisə zamanı sürücü İltimas Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt üzrə DYP istintaq qrupu tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırılır. 

Tags:  Ələt-Astara magistralında qəza yaralı

RƏYLƏR


Top news