Azərbaycan və Gürcüstan arasında yaranmış strateji tərəfdaşlıq Heydər Əliyevin xidmətidir

Azərbaycan və Gürcüstan arasında yaranmış strateji tərəfdaşlıq Heydər Əliyevin xidmətidir
02:18 13 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 dekabr, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü qeyd olunub.
Bolnisi Mədəniyyət Mərkəzində təşkil olunmuş mərasimdə çıxış edən “Ümid” qəzetinin redaktoru Əlixan Məmmədov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskar rolundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın təməli Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dostluq münasibətləri daha da möhkəmlənir və inkişaf edir.
Mərasimdə çıxış edənlər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini xatırladıb, onun xatirəsinin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən daim əziz tutulduğunu vurğulayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Gurcustan_arasinda_yaranmis_strateji_terefdasliq_Heyder_Aliyevin_xidmetidir-910863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR