Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Afinada miqrantlar arasında kütləvi dava olub

Afinada miqrantlar arasında kütləvi dava olub

Şəhərin mərkəzində şagirdlər arasında kütləvi dava (22 Mart 2017 14:37)
Futbolçuların valideynləri arasında kütləvi dava - VİDEO (21 Mart 2017 09:34)
İki qrup arasında kütləvi dava (15 Mart 2017 15:38)

Tarix: 13 Dekabr 2015 02:44

Afinanın txekvondo stadionunda yerləşdirilmiş Mərakeş və digər ölkələrdən gələn miqrantlar arasında kütləvi dava olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qaçqınların gəlişinə qadağa qoymuş Yunanıstan sərhədindən gətirilən 2500-dək miqrant dekabrın 9-da Afinaya gətirilib. Məlumata görə, miqrantlar stadionda yerləşdirildikdən sonra aralarında bir neçə dəfə kütləvi dava olub.

 

“Proto tema” nəşri bildirir ki, iğtişaşlar zamanı 100-dək miqrant saxlanılıb: “İğtişaşları yatırmaq üçün xüsusi təyinatlı polis dəstələri cəlb edilib. Polis problem yaradan miqrantları ümumi kütlədən ayırmağı qərara alıb”.  

 

Miqrantların yerləşdirildiyi rayonun rəhbəri Yanis Konstantinos mərakeşlilərin iğtişaşlara səbəb olduğunu bildirərək qeyd edib ki, Mərakeşdən olan qaçqınlar digər ölkələrdən gəlmiş miqrantları şantaj etməyə və öz qaydalarını tətbiq etməyə çalışırlar.     


Teqlər:  Afinada miqrantlar arasında kütləvi dava olub



RƏYLƏR


Top xəbərlər