Türkiyədə PKK üzvləri polis əməkdaşlarına hücum edib

Türkiyədə PKK üzvləri polis əməkdaşlarına hücum edib
04:37 13 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gecə Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində polis əməkdaşları ilə PKK terrorçuları arasında növbəti silahlı qarşıdurma qeydə alınıb.
"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, şəhərin iki məhəlləsində antiterror əməliyyatı keçirən qanun keşikçiləri müqavimətlə qarşılaşıb. Polisə dəstək məqsədi ilə hadisə yerinə zirehli texnika göndərilib. PKK üzvlərinin küçələrdə barikadlar qurduğu qeyd olunur.
Atışmanın hazırda da davam etdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-pkk-uzvleri-polis-emekdaslarina-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR