Çavuşoğlu Matfyenko ilə görüşdü

Çavuşoğlu Matfyenko ilə görüşdü
04:54 13 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Şurasının spikeri Valentina Matfyenko və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında qısa söhbət olub. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, təmas Türkiyə tərəfinin təşəbbüsü ilə Aşqabadda keçirilən beynəlxalq konfransın kuluarlarında baş tutub.   

 

“Türkiyə XİN rəhbəri mənə yaxınlaşıb, baxmayaraq ki, səfər çərçivəsində heç bir rəsmi ikitərəfli danışıqlar planlaşdırılmayıb. Bu onun öz təşəbbüsü idi, o özü mənə yaxınlaşdı və aramızda qısa söhbət oldu”, deyə Matviyenko bildirib.

 

Qeyd edək ki, RF Şurasının spikeri Türkiyə XİN rəhbəri ilə söhbətin təfərrüatlarını açıqlamayıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR