Azərbaycanda oxuyan məşhur müğənni zorlanmasından danışdı (FOTO)

Azərbaycanda oxuyan məşhur müğənni zorlanmasından danışdı (FOTO)
05:31 13 Dekabr 2015
916 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın məşhur müğənnilərdən biri Ledi Qaqa tanınmış prodüser tərəfindən zorlandığı barədə ilk dəfə danışıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycana tanış olan müğənni Ledi Qaqa 19 yaşında özündən 20 yaş böyük olan prodüser tərəfindən zorlandığı barədə danışıb.

Əsl adı Stefani Cermaontta olan müğənni danışaraq bilidirb ki, uzun muddət psixoloji problem yaşayıb. İfaçı “The Hunting Ground” sənədli filmin premyerasında çıxış edərək hamını təəcübləndirib.

“Mən 7 ildir ki, bu barədə heç kimə danışmamışam. Hətta bilmirəm, bu barədə necə düşünüm, bunu necə qəbul edim”.

Müğənni günahın özündə olduğunu vurğulayıb. Qaqanın sözlərinə görə, o, hadisədən sonra tamam dəyişilib.

“Düşünürəm ki, baş verən hadisənin cavabdehi özüməm. O cür paltar geyinməməliydim, ümumiyyətlə təxtibata əl atmağı sevirəm. Hadisənin baş verməsinin günhakarı özüməm. O cür cəlbedici olmamalıydım”.


Ledi Qaqa

Lakin zaman keçdikcə ifaçı dərk edirdi ki, zorakılıqda ancaq təcavüzkar günahkardır.

“Konsertlərdə çıxış edərkən bir çox gözəl gəncin simalarını görürəm. Bilirəm ki, bu insanların çoxusu daxilində dəhşətli sirlər saxlayırlar. Amma acını içəridə saxlayıb özünüzə əziyyət verməyin. Imkan verməyin çürük alma içərinizdə olsun. Onu zibil kimi çıxarıb atın. Gəlin ondan birlikdə əl çəkək”.

Ledi Qaqa bu vaxta qədər heç vaxt ona təcavüz edən şəxsin adını deməyib. Deyilənə görə, Doktor Lyuk adı ilə tanın Lukaş Sebastyan adlı prodüser təcavüz edib.

Lady Qaqa Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimində piano arxasında ifa edib. O, güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib.


Ledi Qaqanın bakıdakı çıxışı

İfanın sözləri Con Lennona məxsusdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR