Kuril adaları yaxınlığında güclü zəlzələ olub

Kuril adaları yaxınlığında güclü zəlzələ olub
07:27 13 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 04:52-də qeydə alınıb. Zəlzələnin episentri Cənub-Saxalinsk şəhərindən 794 kilometr şərqdə yerləşib.
Rusiyalı mütəxəssislər, zəlzələnin "dağıdıcı təkanlar" kateqoriyasına daxil olduğunu qeyd ediblər.
Zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan edilməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kuril-adalari-yaxinliginda-guclu-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR