Rusiyada psixonevroloji internat yanıb: ölənlərin sayı 21-ə çatıb

Rusiyada psixonevroloji internat yanıb: ölənlərin sayı 21-ə çatıb
07:37 13 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Voronej vilayətində baş verən yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. "Report"un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər 19 nəfərin cəsədini aşkarlayıblar. Daha iki nəfər xəstəxanada ölüb.
Alfyorovka kəndində yerlşəən psixonevroloji internatın binası tamamilə yanıb. Xəsarət alan 22 nəfərin xəstəxanalarda olduğu bildirilir. 
*** 06.02
Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Voronej şəhəri yaxınlığındaki Alfyorovka kəndində yerləşən psixonevroloji internatda baş verən yanğın nəticəsində yeddi nəfər ölüb, 22 nəfər yaralanıb. "Report" “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində internatın yerləşdiyi bina yararsız vəziyyətə düşüb.
İki korpustan ibarət internatda ümumilikdə 140 xəstə olub. Rusiya İstintaq Komitəsi yanğınla bağlı araşdırma aparır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiyada-psixonevroloji-internat-yanib-21-olu-22-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR