Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Parisdə tarixi qərar qəbul edildi

Parisdə tarixi qərar qəbul edildi

Date: 13 December 2015 07:56

Fransanın paytaxtı Parisdə keçirilən İqlim Dəyişiklik Sammitində qlobal istiləşmə tempraturunun 2 selsi dərəcənin altında saxlanılmasına dair saziş qəbul olunub.

ANS PRESS-in məlumatına görə, sammit iştirakçıları 2 həftə çəkən intensiv müzakirələrdən sonra yekun qərara gəlməyə nail olublar.

Qanun layihəsi əsasında, sammit iştirakçıları atmosferə buraxılan istixana qazlarının məhdudlaşdırılmasına razılıq veriblər.

Fransanın xarici işlər naziri Loran Fabiüsun razılaşmanın qəbul olunduğuna dair açqılaması konfrans iştirakçıları arasında böyük coşqu və alqışlarla qarşılanıb.

“Sazişə dair münasibətin müsbət olduğunu, heç bir maneənin olmadığını görürəm. Saziş qəbul olunmuşdur”, deyə Loran Fabius bildirib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama razılaşmanı tarixi nailiyyət adlandırıb:

“Bu gün amerikalılar fəxr edə bilərlər. Çünki bu, Amerika rəhbərliyinin fəaliyyətinin bəhrəsidir. Son 7 ildə biz Amerika Birləşmiş Ştatlarını iqlim dəyişikliyinə qarşı mübarizə aparan lider ölkəyə çevirdik”.


Barak Obama - ABŞ prezidenti

Ümumilikdə, sazişə dair danışıqlarda 200-ə yaxın dövlət nümayəndəsi iştirak edirdi. Əldə olunan razılaşma 2020-ci ildən qüvvəyə minəcək. Razılaşmaya əsasən, tərəflər qlobal istiləşmə temparuturunun 2 selsi dərəcədən yüksəyə qalxmaması üçün tədbirlər görməyi ödəliklərinə götürsələr də, bu tempraturun, hətta, daha aşağı - 1.5 dərəcəyə qədər endirilməsinə çalışacaqlar.

Tags:  Parisdə tarixi qərar qəbul edildi


RƏYLƏR


Top news