Lerik ictimaiyyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

08:18 13 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Lerik, 13 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 12-də Lerik rayonunun rəhbər işçiləri, yaşlı nəslin, gənclərin, ictimaiyyətin nümayəndələri Heydər Əliyev meydanına gələrək Ulu Öndərin abidəsi önün gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfransla davam etdirilib. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov dahi rəhbərin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə minnətdarlıq hissi ilə xatırlanır. Onun ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Elmi-praktik konfransda rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Veteranlar Şurasının sədri Hidayət Bəşirov, 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar Müəllim Gültəkin Şıxəliyeva çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən siyasi fəaliyyəti haqqında danışıblar.
Çıxışlarda qeyd olunub ki, xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarıb, onu məhv olmaqdan xilas edib.
Konfransın sonunda Ümummilli Liderin ömür yolunu əks etdirən sənədli film nümayiş olunub.
Lerik şəhərində Ulu Öndərin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerik_ictimaiyyeti_Heyder_Aliyevin_xatiresini_ehtiramla_yad_edib-910869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR