Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

4 milyard borcu sildilər

4 milyard borcu sildilər

Date: 13 December 2015 09:27

Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd. dollar hissəsini silib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Le parisien" nəşri məlumat yayıb.   

Məlumata görə, bu barədə Fransanın maliyyə naziri Mişel Sapen bildirib.
 
"Kubanın borcunun silinməsinə dair əldə olunan saziş 1980-ci ildən bu vaxtadək toplanmış faizlərlə bağlı məsələni həll etməyə imkan verəcək", - deyə Sapen bildirib.
 
Qeyd edək ki, razılaşma Kubanın borcunun qalan 2,6 mlrd. dollar hissəsini 18 il ərzində ödənilməsini nəzərdə tutur. 

Milli.Az


Tags:  milyard borcu sildilər


RƏYLƏR


Top news