BMW-ni beton maneələrə çırpdı, yaralandı

BMW-ni beton maneələrə çırpdı, yaralandı
09:32 13 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralının 198-ci km-də yol qəza hadisəsi baş verib.

"Report" xəbər verir ki, Lənkəran rayon Kənarmeşə kənd sakini, 1978-ci il təvəllüdlü Əkbərov İltimas Beytulla oğlu idarə etdiyi BMW markalı 42 BR 049 nömrə nişanlı avtomaşınla qəza törədib.
İlkin ehtimala görə, sürücü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsində idarəetməni itirərək onu yol qovşağındakı dairənin beton hissəsinə çırpıb. Sonra zərbənin gücündən bir neçə metr aralıda olan başqa maneəyə çırpılıb. Hadisə zamanı sürücü İltimas Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt üzrə DYP istintaq qrupu tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/389825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR