"Qarabağ" "qış çempionu" olacaq?

"Qarabağ" "qış çempionu" olacaq?
09:37 13 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVI turun növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bir gün fasilədən sonra davam edən tura 3 matçla yekun vurulacaq.
 
Qarşılaşmalardan ikisi Bakıda, biri isə əyalətdə oynanılacaq.
 
İlk olaraq meydana turnir cədvəlinin alt pillələrində qərarlaşmış komandalar çıxacaqlar. AZAL "Xəzər Lənkəran"ı qəbul edəcək. "Təyyarəçilər" səfərdəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar ki, bu halda onlar hazırda olduqları 7-ci pillədə qalacaqlar. Cənublular isə səfər matçında uğursuz seriyaya son qoymaq istəyirlər. Belə ki, 4 oyundur, qola həsrət qalan Yunis Hüseynovun yetirmələri bu susqunluğu AZAL qarşısında pozmaq əzmindədirlər.
 
Bu görüşün startından yarım saat sonra Qəbələdə iki iddialı klubun dueli başlayacaq. Yerli komanda son 7 oyunda meydanı qolsuz tərk etməyən "Neftçi"ni qəbul edəcək. Roman Qriqorçukun yetirmələri hazırda ikinci pillədə qərarlaşıblar və 4 oyundur, məğlubiyyət üzü görmürlər. "Qırmızı-qaralar" bu seriyanı doğma meydanda qələbə ilə davam etdirmək istəyirlər. "Neftçi" isə qalib gələcəyi halda liderlərə bir az da yaxınlaşacaq.
 
Turun son oyununda isə ötən mövsümün çempionu "Qarabağ" debütant "Zirə"yə qonaq olacaq. İlk oyunda ağdamlıların böyükhesablı qələbə qazanmalarına və "Zirə"nin debütant olmasına baxmayaraq, bu görüş turun mərkəzi görüşü kimi diqqət çəkir. Belə ki, hazırda ilk üçlükdə qərarlaşmış iki komandanın görüşünün nəticəsi həm də ilk dövrənin çempionunu müəyyən edə bilər. Belə ki, Qurban Qurbanovun yetirmələri bu oyunda 3 xal qazanacağı halda "qış çempionu" olmağı təmin edəcəklər. Debütant isə ilk oyundakı məğlubiyyətin təsadüf olduğunu sübut etmək üçün çalışmalıdır.
 
 
Topaz Premyer Liqası
XVI tur
 
13 dekabr (bazar)
 
15:00. AZAL - "Xəzər Lənkəran"

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena
İlk oyun: 1:3
 
 
15:30. "Qəbələ" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
İlk oyun: 1:0
 
 
18:00. "Zirə" - "Qarabağ"
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 1:4

Turnir cədvəli

N    Klublar               O    Q    H    M    T-F    X
1    Qarabağ            15    11    2    2    25-9    35
2    Qəbələ               15    7    6    2    23-10    27
3    Zirə                     15    6    7    2    15-12    25
4    İnter                     16    6    6    4    14-12    24
5    Kəpəz                  16    5    7    4    17-16    22
6    Neftçi                   15    5    5    5    17-16    20
7    Sumqayıt              16    3    7    6    18-23    16
8    AZAL                    15    3    4    8    8-17    13
9    Xəzər Lənkəran    15    3    3    9    10-20    12
10  Rəvan                   16    2    5    9    9-21    11

Bombardirlər: 

Riçard Almeyda ("Qarabağ") - 6 qol
Ruslan Qurbanov ("Neftçi") - 6 qol
Aleksey Antonov ("Qəbələ") - 6 qol
Dieqo Martins ("İnter") -5 qol

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR