​İmişlidə avtomobil yol kənarına aşıb, 1 nəfər yaralanıb

​İmişlidə avtomobil yol kənarına aşıb, 1 nəfər yaralanıb
09:37 13 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün səhər saat 7:10 radələrində İmişli-Beyləqan avtomobil yolunun Bəhramtəpə platinası ərazisində yol qəzası baş verib.
"Report" xəbər verir ki, nəticədə bir nəfər yaralanıb.
Belə ki, Cəbrayıl rayon sakini, 22 yaşlı Yasin Şəmkir oğlu Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Yasin Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-mislide-avtomobil-yol-kenarina-asib-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR