Matviyenko: "Türkiyə Rusiyadan üzr istəməlidir"

Matviyenko: "Türkiyə Rusiyadan üzr istəməlidir"
09:42 13 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

İki ölkə arasında etimadın bərpa olunması üçün Türkiyə "SU-24" təyyarəsini vurduğuna görə Rusiyadan üzr istəməlidir. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko bildirib.

Bundan əvvəl Belarus və Qırğızıstan prezidentləri Rusiya-Türkiyə münasibətlərinin normallaşacağına ümidvar olduqlarını bildiriblər.  
 
"Rusiya və Türkiyə arasında bu cür gərginliyin yaranmasında biz günahkar deyilik. Türkiyə Rusiyaya qarşı işğal aktına yol verib, bu, cinayətdir. Bununla bağlı Rusiya prezidenti konkret mövqe bildirib", - deyə Matviyenko qeyd edib.    
 
Senatorun sözlərinə görə, Rusiya Türkiyə tərəfindən hadisəyə görə adekvat cavab, reaksiya veriləcəyini gözləyib. "XİN və digər kanallarla təmaslar həyata keçirilir. Düşünürəm ki, nə Rusiya, nə də ki Türkiyə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsində maraqlıdırlar", - deyə RF Şurasının spikeri bildirib.   
 
Bununla belə o qeyd edib ki, "hücumu kim edibsə, o da buna görə məsuliyyət daşımalıdır". "Düşünürəm ki, vaxt gələcək, Türkiyə rəhbərliyi fikrini dəyişərək, nəhayət, hadisəyə müvafiq qiymət verəcək və baş verənlərə görə Rusiyadan üzr istəyəcək. Etimad ab-havasını qaytarmaq, münasibətləri bərpa etmək lazımdır", - deyə Matviyenko bildirib.     
 
"Tək Rusiya deyil, onun MDB-dəki tərəfdaşları da yaranmış vəziyyətdən böyük narahatlıq hissi keçirirlər, heç kim əlavə gərginlik istəmir. Onsuz da dünyada vəziyyət mürəkkəbdir", - deyə Rusiya Federasiyası Şurasının spikeri bildirib.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR