Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident sarayının iki addımlığında "həyasız" qarət

Prezident sarayının iki addımlığında "həyasız" qarət

Date: 13 December 2015 09:52

Fransanın paytaxtı Parisdə, dünya şöhrətli zərgər dükanı olan "Çopard" güclü mühafizə olunan Yelisey Sarayından bir neçə metr aralıda günün günorta çağı qarətə məruz qalıb.

Anspress-in məlumatına görə, Paris polis idarəsi açıqlama verib ki, silahlı dəstə saat 11.00 radələrində dükana basqın edərək, ümumilikdə 1 milyona avroya yaxın dəyəri olan qiymətli daşları qarət edib və aradan çıxıb. Hücum nəticəsində heç kəsin xəsarət almadığı bildirilir.

Parisdə zəngin turistləri və yerli sakinləri cəlb edən zərgər dükanları çoxluq təşkil etdiyindən, tez-tez silahlı qarətçilərin hədəfinə çevrilir. Ancaq qarətin səhər vaxtı prezident sarayının bir neçə addımlığında baş verməsi, Fransa kimi ölkə üçün də olduqca nadir və inanılmaz hadisədir.

Milli.Az


Tags:  Prezident sarayının iki addımlığında həyasız qarət


RƏYLƏR


Top news