Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil yol kənarına aşıb, 1 nəfər yaralanıb

Avtomobil yol kənarına aşıb, 1 nəfər yaralanıb

Date: 13 December 2015 10:05

Bu gün səhər saat 7:10-da İmişli-Beyləqan avtomobil yolunun Bəhramtəpə platinası ərazisində yol qəzası baş verib.

"Report" xəbər verir ki, nəticədə bir nəfər yaralanıb.
Belə ki, Cəbrayıl rayon sakini, 22 yaşlı Yasin Şəmkir oğlu Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Yasin Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Avtomobil yol kənarına aşıb nəfər yaralanıb

RƏYLƏR


Top news