"İpək Yolu" ilə hərəkət edən ilk qatar Tiflisə yaxınlaşır

"İpək Yolu" ilə hərəkət edən ilk qatar Tiflisə yaxınlaşır
10:16 13 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya ərazisindən yan keçməklə Çindən Türkiyəyə gedən ilk tranzit qatar Gürcüstanın paytaxtı Tiflisə çatacaq.

ANS PRESS-in Gürcüstan nazirlər kabinetinə istinadən verdiyi məlumata görə, Çinin Lyanyunqan terminalından yola düşən qatar Tiflisə yerli vaxtla saat 10:30-da çatacaq. Gürcüstan hökümətinin məlumatında qeyd olunur ki, “qatarın gəlişi ilə “İpək Yolu” rəsmən açıq elan ediləcək.” Təntənəli tədbirdə baş nazir İrakli Qaribaşvili və Çinin Gürcüstandakı səfiri Yu Bin iştirak edəcəklər.

İlin sonuna qədər Gürcüstana daha bir tranzit qatar gələcək, 2016-cı ildən isə Tiflisdə minlərlə konteyner qəbul etməyə hazırlaşırlar. Gürcüstan hökümətinin məlumatına görə, gələcəkdə tranzit qatarlar Çindən İstanbula 15 gün ərzində çatacaq. Hazırda yüklərin dəniz yolu ilə daşınması 40-45 sutka təşkil edir.

Çin və Türkiyə Qazaxıstan, Azərbaycan və Gürcüstanla birgə noyabrın 30-da yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul ediblər. Müvafiq razılaşma tərəflər arasında noyabrın 28-i İstanbulda imzalanıb.


Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan nəqliyyat dəhlizi


Razılaşma “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycanın “Karvan lojistik” şirkəti ilə yanaşı Çinin "Mishgeng Logistics" şirkəti, “Qazaxıstan Dəmir Yolları”nın törəmə “KTJ ekspress” müəssisəsi, həmçinin “Gürcüstan Dəmir Yolları”nın törəmə strukturu "Trans Caucasus" Terminals ilə əldə olunub.

Türkiyə tərəfi konsorsiumda assosiasiyalaşdırılmış üzv kimi təmsil olunur.

Sənəddə qeyd olunur ki, razılaşma Çin-Türkiyə-Avropa transxəzər nəqliyyat marşrutunun imkanlarının təqdimatı zamanı əldə olunub. Əldə olunan razılığa əsasən Çindən daşınan yüklər Rusiya ərazisindən yan keçəcək.

"İpək yolu"nun bərpasına xidmət edən bu layihə Azərbaycanı beynəlxalq yüklərin daşınmasında tranzit ölkəyə çevirir .

Ötən həftə isə prezident İlham Əliyevin Çinə səfəri baş tutub.

Səfər çərçivəsində İlham Əliyev “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi və iki ölkənin dəmir yolları arasında əməkdaşlıqla bağlı müqavilə imzalayıb.


Çində sənədlərin imzalanma mərasimi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR