Rusiyada güclü zəlzələ

Rusiyada güclü zəlzələ
10:27 13 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 04:52-də qeydə alınıb. Zəlzələnin episentri Cənubi Saxalinsk şəhərindən 794 kilometr şərqdə yerləşib.
Rusiyalı mütəxəssislər zəlzələnin "dağıdıcı təkanlar" kateqoriyasına daxil olduğunu qeyd ediblər.
Zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan edilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR