Qənirə Paşayeva Beynəlxalq Qadın Araşdırmaları Konqresində çıxış edib

Qənirə Paşayeva Beynəlxalq Qadın Araşdırmaları Konqresində çıxış edib
10:29 13 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən Beynəlxalq Qadın Araşdırmaları Konqresində məruzə ilə çıxış edib. Lent.az xəbər verir ki, beynəlxalq konqresin açılışında Türkiyənin birinci xanımı Emine Erdoğan da iştirak edib. Millət vəkili Qənirə Paşayeva tədbir çərçivəsində Türkiyənin Birinci Xanımı Emine Erdoğan ilə də görüşüb və bu cür tədbirlərin önəmini vurğulayaraq qardaş Türkiyənin bu cür beynəlxalq konqreslərə ev sahibliyi etməsinin məmuniyyətverici olduğunu deyərək təbrik edib.

 

Qənirə Paşayeva 2-ci Beynəlxalq Qadın Araşdırmaları Konqresindəki çıxışında Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır evinə dönə bilməyən məcburi köçkün qadınlardan danışıb və dünyanın müxtəlif ölkələrindən olan qadınlara üz tutaraq onları ədalətin yanında olmağa  çağırıb. O deyib: “Müstəqilliyimizi qazandığımız illər Azərbaycan qadını üçün çox ağır olmuşdur. Çünki Ermənistanın Azərbaycan torpaqlaırnın 20 fazini işğal etməsi nəticəsində 1 milyona yaxın insan öz evini,  işini itirmişdi. 20 ildən artıqdır ki, 1 mliyon azərbaycanlı qaçqın və məcburi köçkün, yüzminlərlə qadın bu gün də öz evinə dönə bilmir və təbii ki, bu hamımız üçün çox ciddi bir problemdir. Biz etnik kimliyindən və dini inancından asılı olmayaraq və harada baş verməsindən asılı olmayaraq insan haqlarının bu qədər kobud şəkildə tapdalanmasına göz yummamalı və etiraz səsimizi ucaltmalıyıq və köçkün qadınlar dünyada ədalətin yanında olan bütün qadınlardan məhz bu cür mövqe gözləyirlər hər zaman”. Millət vəkili Qənirə Paşayeva öz evini, işini itirən və 20 ildən artıqdır ki, evinə dönə bilməyən insanlarımız, o cümlədən yüzminlərlə qadınlarımızın cəmiyyətə inteqrasiyası, onların təhsili, iş yerləri, məşğuliyyəti ilə bağlı həyata keçirilərn dövlət proqramlarından da danışıb. O eyni zamanda  Azərbaycan qadınlarının fəallığının, onların bütün sahələrdə, o cümlədən dövlətin idarəçiliyində rollarının daha da artırılması, qadın haqlarının qorunması  istiqamətində görülən işlər və qəbul olunmuş qanunlar barəsində də geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva görülən işlərin nəticəsi olaraq Azərbaycanda qadınların bütün istiqamətlərdə rolunun getdikcə daha da artması ilə bağlı geniş məlumatlar verməklə bərabər, bu istiqamətdə həllini gözləyən məsələlər, hazırlanan proqramlar barədə də danışıb. Azərbaycanda məişət zorakılığı da daxil olmaqla qadına qarşı şiddətin bütün formaları ilə, erkən nigahlarla bağlı fəal mübarizə aparıldığı barədə danışan millət vəkili Qənirə Paşayeva çıxışını Azərbaycanın böyük şairi Hüseyn Cavidin sözləri ilə bitirib. “Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” Millət vəkili tədbir iştirakçılarının bu mövzuda ona ünvanlanan suallarını da geniş cavablandırıb. Qeyd edək ki, Sakaryada keçirilən tədbirin təşkilatçıları KADEM, Sakarya Universiteti, Valiliyi ve Bələdiyyəsidir. Beynəlxalq Konqres 2 gün davam edib və ayrı-ayrı panellərdə müxtəlif ölkələrdən gəlmiş tanınış və aktiv qadınların iştirakı ilə önəmli müzakirələr keçirilib.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çempionlar Liqasında III tur həyəcanı - YENİLƏNİR

25 İyul 2017 08:57

Xilasediciləri barmaq izi ilə çağırın

25 İyul 2017 08:57

Mingəçevir şəhərində yol polisi reyd keçirib

25 İyul 2017 08:57

ABŞ Türkiyədən açıqlama tələb edir - "S-400 qorxusu"

25 İyul 2017 08:53

“Facebook”da xəbər oxumaq pullu ola bilər

25 İyul 2017 08:52

Türkiyə alternativ enerjiyə 1 milyard dollar sərmayə qoyur

25 İyul 2017 08:47

Qeydiyyatdan keçən domen adlarının sayı 330 milyonu ötdü

25 İyul 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

25 İyul 2017 08:47

Samsung “ağıllı” ev kolonkasının istehsal etməyəcək

25 İyul 2017 08:42

Beyləqanda 6 ton ot yanıb

25 İyul 2017 08:37

Əbədi işləyən elektrik velosipedi yaradıldı

25 İyul 2017 08:37

ÇL: “Qarabağ” “Şerif”ə qarşı - YENİLƏNİR

25 İyul 2017 08:33

Pilotsuz kater suda batan insanları xilas edəcək

25 İyul 2017 08:32

Meksikada yanacaq oğurlayan dəstənin beş üzvü məhv edilib

25 İyul 2017 08:27

Ağıllı cihazlar üçün zərərli proqramların sayı iki dəfə artıb

25 İyul 2017 08:27

İsrail Məscidi-Aksadakı metal axtaran qurğuları sökür

25 İyul 2017 08:22

Lenovo innovativ konseptləri göstərdi

25 İyul 2017 08:22

İcra başçısının müavininin evi önündə partlayış törədildi

25 İyul 2017 08:17

İlon Mask fantastik tunelin tikintisi üçün icazə aldı

25 İyul 2017 08:17

“İntel” daşınar cihazlar bazarından gedir

25 İyul 2017 08:12

Müəllim işləmək istəyənlər üçün test imtahanına başlanılır

25 İyul 2017 08:12

Şifrləyici virus proqramları nə qədər ziyan vurub?

25 İyul 2017 08:12

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır" - Deputat

25 İyul 2017 08:12

Ermənilər müharibədən qorxur - Onda niyə bunu qəsdən edirlər?

25 İyul 2017 08:05

İlk sürücüsüz elektroavtobusun satılacaq

25 İyul 2017 08:05

Antalyada partlayış olub: yaralılar var

25 İyul 2017 08:05

Anasının əkiz tayını görən körpənin təəccübü - VİDEO

25 İyul 2017 08:03

iPhone 8-in təqdimatı təxirə salınıb

25 İyul 2017 07:52

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək

25 İyul 2017 07:43

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO

25 İyul 2017 07:42

ABŞ-ın dövlət katibi vəzifədən gedə bilər

25 İyul 2017 07:42

Dinamikli beysbol papağı nümayiş olunub

25 İyul 2017 07:42

Antivirus Android-ləri qoruyacaq

25 İyul 2017 07:37

Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb

25 İyul 2017 07:32

Qüdsdə bir akademiya - FOTO

25 İyul 2017 07:32

Çempionlar Liqası: "Qarabağ" növbəti oyununa çıxır

25 İyul 2017 07:24

Bakıda kafedə kütləvi dava baş verib

25 İyul 2017 07:22

LG Q8 smartfonu təqdim edilib

25 İyul 2017 07:22

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın 5 gün sonra ölüb

25 İyul 2017 07:17

Çılpaq şəkillərinə görə ayda 5 min dollar qazanır

25 İyul 2017 07:14

Yeni Samsung smartfonu qoşa kamera ilə təchiz ediləcək

25 İyul 2017 07:12

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək

25 İyul 2017 07:02

Qaxda yanğın

25 İyul 2017 06:53

Bakıda 7 yaşlı uşağı maşın vurub

25 İyul 2017 06:52

Obyektivdə Çindir - FOTO

25 İyul 2017 06:32

Dneprdə silahlı insident - Ölən və yaralananlar var

25 İyul 2017 05:48

Donald Tramp Rusiyaya qarşı sanksiyaları götürmək niyyətində deyil - Ağ ev

25 İyul 2017 05:47

CNN: Tillerson istefa verəcək

25 İyul 2017 05:39

Rəssamın yeməli modası - FOTO

25 İyul 2017 05:32

Avropa çempionatının biletləri satışda

25 İyul 2017 04:48