Silahlı şəxslər içki festivalını dağıtdı - TÜRKİYƏDƏ

Silahlı şəxslər içki festivalını dağıtdı - TÜRKİYƏDƏ
10:44 13 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecə Türkiyənin Adana şəhərində keçirilən rakı festivalında insident baş vrib. Lent.az Habertürk-ə istinadən xəbər verir ki, Adana valisi Mustafa Böyükün keçirilməsinə icazə vermədiyi tədbir sakit şəkildə başlasa da, sonradan spirtli içki əlehdarı olan bir qrup Qazancılar məhəlləsindəki mərasimə basqın edib. Şüarlar səsləndirə-səsləndirə festivalın keçirildiyi yerə gələn qrup üzvləri daha sonra havaya atəş açmağa başlayıb.

 

Özləri ilə gətirdikləri dönər bıçağı və dəyənəklərlə masaları dağıdan qrup üzvləri dərhal hadisə yerindən uzaqlaşıb.

 

Artıq insident yaratmaqla xuliqanlıq etmiş şəxslərdən 4-ü yaxalanıb.

 

Qeyd edək ki, Adanada rakı festivalı 100 ilə yaxındır ki keçirilir. Bu il şəhər valisi bu tədbirə icazə vermədiyini açıqladıqdan sonra təşkilatçılar mərasimin adını “Adana kabab və şalqam festivalı” ilə dəyişiblər.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR