Çempionlar Liqası qrup mərhələsinin statistikası

Çempionlar Liqası qrup mərhələsinin statistikası
10:52 13 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Goal.com saytı Çempionlar Liqasının qrup mərhələsinin icmalını tərtib edib. Milli.Az goal.az-a istinadən cari mövsüm turnirin ilk dövrəsinin statistikasını təqdim edir:

Ən çox qol vuran komandalar:
"Real" (Madrid, İspaniya) - 19, "Bavariya" (Almaniya) - 19, "Barselona" (İspaniya) - 15 qol
Ən az qol vuran komandalar:
"Makkabi" (Təl-Əviv, İsrail), "Malmö" (İsveç) - hərəyə bir qol vurublar.
Ən çox qol vuran futbolçular:
Kriştianu Ronaldu ("Real", Madrid) - 11, Robert Levandovski ("Bavariya") - 7, Artyom Dzyuba ("Zenit") - 6, Olivye Jiru ("Arsenal") - 5 qol.
Penaltidən ən çox qol vuran komanda:
"Sevilya" (İspaniya) - 8 qolun 3-ü penaltidən vurulub.
Başla ən çox qol vuran komandalar:
PSJ (Fransa), "Portu" (Portuqaliya) və "Arsenal" (İngiltərə) - hərəyə 4 qol.
Cərimə meydançasının kənarından ən çox qol vuran komanda:
"Çelsi" (İngiltərə) - 4 qol. Hamısı da Villianın payına düşür.

Qol epizodlarını ən çox boşa verən komandalar:
"Atletiko" (Madrid) - 17, "Barselona" - 17, "Real" (Madrid) - 12.

Ən az qol epizodunu boşa verən komanda:
"Dinamo" (Zaqreb, Xorvatiya) - 6 dəfə

Ən çox qol imkanını boşa verən futbolçular:
Xavyer Ernandes ("Bayer", Leverkuzen) - 6, Kriştianu Ronaldu ("Real", Madrid) - 6 dəfə

Zərbələri ən çox dirəyə tuş gələn komandalar:
"Dinamo" (Kiyev, Ukrayna), "Çelsi" (İngiltərə) , "Valensiya" (İspaniya) - hərəyə 5 dəfə qapı dirəyini nişan alıblar

Ən çox cərimə zərbəsini yerinə yetirən futbolçular:
Kriştianu Ronaldu ("Real", Madrid) - 10 zərbədən 1 qol, Halk ("Zenit") - 6 zərbədən 0 qol, Villian ("Çelsi") - 5 zərbədən 4 qol, Pyaniç ("Roma") - 5 zərbədən 1 qol

Topla ən çox oynayan komandalar:
"Bavariya" (Almaniya) - 71,7 faiz, "Barselona" (İspaniya) - 69,57 faiz, "Mançester Yunayted" (İngiltərə) - 63,2 faiz

Ən çox qol buraxan komandalar:
"Makkabi" (Təl-Əviv, İsrail) - 21, "Malmö" (İsveç) - 16, "Roma" (İtaliya) - 16 qol.

Ən az top buraxan komanda:
PSJ (Fransa) - cəmi 1 qol buraxıb.

Öz qapısına qol vuran komandalar:
"Qalatasaray" (Türkiyə), "Astana" (Qazaxıstan) - hərəyə 2 avtoqol vurublar.

Ən çox sarı vərəqə ilə cəzalandırılan komandalar:
"Zenit" (Rusiya) - 20, BATE (Belarus) - 18, "Valensiya" (İspaniya) - 18, "Benfika" (Portuqaliya) - 18, "Dinamo" (Zaqreb) - 13.

Komandasını qoldan ən çox xilas edən qapıçılar:
Kevin Trapp (PSJ) - 20 dəfə, Mark-Andre ter Ştegen ("Barselona") - 19 dəfə, Canluici Buffon ("Juventus") - 18 dəfə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR