Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq rəsmisi Türkiyənin İŞİD-dən neft aldığını iddia etdi

İraq rəsmisi Türkiyənin İŞİD-dən neft aldığını iddia etdi

Date: 13 December 2015 11:04

İraq prezidentinin köməkçisi Nuri Əl Maliki Türkiyənin ünvanına növbəti dəfə ittihamlar səsləndirib. Lent.az Doğan xəbər agentliyinə istinadən məlumat verir ki, şiə lider Türkiyəni Mosul siyasətində ikiüzlülük etməkdə günahlandırıb.

 

Bağdadda “Haşdi Şabi” düşərgələrini ziyarət zamanı açıqlama verən Maliki Türkiyənin Musulda hərbiçi yerləşdirməsini “işğal” adlandırıb.

 

Türkiyənin İŞİD-dən neft aldığını iddia edən Maliki bunun qarşılığında terrorçulara silah və avtomobillərin göndərildiyini deyib. İraq rəsmisi tezliklə Türkiyəyə qarşı sərt addım atacaqlarını da əlavə edib.


Tags:  İraq rəsmisi Türkiyənin İŞİD-dən neft aldığını iddia etdi

RƏYLƏR


Top news