Azərbaycada 62 yaşlı qadın özünü öldürdü

Azərbaycada 62 yaşlı qadın özünü öldürdü
11:49 13 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçalada 62 yaşlı qadın intihar edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

 

Kənd sakini, 62 yaşlı Sədaqət Əyyub qızı Əliyeva gecə saatlarında həyətlərindəki damda özünü asaraq intihar edib.

 

O, səhər saatlarında yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

 

İntiharın səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR