Roy Consun fiaskosu - VİDEO - FOTO

Roy Consun fiaskosu - VİDEO - FOTO
12:32 13 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Müxtəlif çəki dərəcələrində dəfələrlə dünya çempionu olmuş boksçu Roy Cons britaniyalı Enzo Makkarinelliyə məğlub olub. 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, nokauta düşmüş artıq "rusiyalı" boksçunu oksigen maskası ilə uzun müddət özünə gətirməli olublar. 

Amerikanın məşhur idmançısı Roy Cons sentyabrda Rusiya Federasiyasının vətəndaşlığını almışdı. Rusiya bayrağı altında keçirəcəyi ilk döyüş geniş reklam olunurdu. Və nəhayət şənbə günü Moskvada, "Əfsanələr arenası"nda ilk dəfə olaraq boks şousu başlandı. Biletlərin qiymətinin baha (2000 rubldan başlayaraq) olmasına rəğmən "yeni rusiyalı"nın döyüşünə baxmağa gələnlər zalı tam doldurmuşdular. Görüşdən sonra isə bəziləri eşqinə yığışdıqları Consdan Rusiya pasportunu geri verməsini tələb edirdilər. 

Makkarinelli dördüncü raundda Consu əvvəl nokdauna, sonra nokauta salıb. 46 yaşlı, 1988-ci il Olimpiadasının gümüş mükafatçısını dərin nokautdan sonra uzun müddət özünə gətirməli olublar. Hətta oksigen maskasından istifadə ediblər. Ancaq həkimlərin rinqə gətirdikləri xərəkdən Cons imtina edib. 

Əvvəlcədən bildirildiyi kimi, Cons rinqə Rusiya və ABŞ bayraqları altında çıxmışdı. Ancaq döyüşdən əvvəl yalnız Rusiyanın himni səslənib. Roy isə rinqə sevimli mahnısı "Can't lose" və tamaşaçıların alqış sədaları ilə çıxıb. İlk saniyələrdən Enzo üstünlüyü ələ alıb, Cons isə hətta əks-hücuma nadir hallarda keçib. 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR