Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın və Ukraynanın opera ulduzları eyni səhnəni bölüşəcəklər

Azərbaycanın və Ukraynanın opera ulduzları eyni səhnəni bölüşəcəklər

Date: 13 December 2015 12:46

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq.

Teatrdan Axşam.az-a bildirilib ki, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.

Səhnə əsərində Azərbaycanlı opera həvəskarlarına adı yaxşı tanış olan Ukraynanın xalq artisti Olqa Naqornaya, əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda çıxış edəcəklər. Opera tamaşasında, həmçinin yerli sənətçilər - Azərbaycanın xalq artisti Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.

Operanın dirijoru isə Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


Tags:  Azərbaycanın Ukraynanın opera ulduzları eyni səhnəni bölüşəcəklər

RƏYLƏR


Top news