Aktyor Saruhan Hünelin onu döyməsi iddiaları ilə gündəmə gələn jurnalist Edda Sönmez yeni açıqlamalar verib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Edda aktyorun onu pul üçün döydüyünü iddia edib:
"Başa düşdüm ki, Saruhan məni sevmirmiş. Qısqanclıqlarıda sevgi üçün yox, maddi istəklərinə görə imiş. Məndən 200 min lirə istədi. Əvvəlcə verəcəyimi dedim. Sonra vermədiyim üçün məni döydü. 5 aydır qaldığı evin pulunu ödəyə bilmir. Buna görə də məndən borc istəmişdi".