Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ümummilli lider Heydər Əliyevin xatirəsi Almatıda anılıb

Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib - FOTO (17 Mart 2017 19:22)
Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib (10 Mart 2017 13:02)
Heydər Əliyevin tələbə yoldaşları ilə - FOTOLARI (03 Mart 2017 11:34)

Tarix: 13 Dekabr 2015 13:08


Almatı, 13 dekabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi “Ozan” Azərbaycanlılar İctimai Birliyi ilə birgə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirib.
Tədbirdə qazaxıstanlı ziyalılar, diaspora təşkilatlarının üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qazaxıstandakı səfirliyimizin müşaviri Nizami Rüstəmov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışıb. O, ölkəmizdə müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu, eləcə də bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
“Ozan” Azərbaycanlılar İctimai Birliyin sədri Qərib Məmmədov və digər iştirakçılar çıxış edərək ulu öndər Heydər Əliyevin həyat yolundan, o cümlədən Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Ümummilli liderin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən önəmli siyasətçilərindən biri olduğu xüsusi qeyd edilib.
Mərasimdə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı

Teqlər:  Ümummilli lider Heydər Əliyevin xatirəsi Almatıda anılıb



RƏYLƏR


Top xəbərlər