Premyer Liqada XVI tur həyacanı - YENİLƏNİR

Premyer Liqada XVI tur həyacanı -   YENİLƏNİR
13:12 13 Dekabr 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq. Fanat.az хəbər verir ki, son oyun günündə 3 matç baş tutacaq.

Günə AZAL - "Xəzər Lənkəran" oyunu ilə start veriləcək. Saat 15.00-da başlayacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. "Xəzər Lənkəran" son 4 turda хal qazana bilməyib. AZAL isə son iki oyunda qələbəyə həsrət qalıb.

Bundan 30 dəqiqə sonra "Qəbələ" - "Neftçi" matçına start veriləcək. Turun mərkəzi oyununu Rəhim Həsənov idarə edəcək. "Qəbələ" ötən tur "Xəzər Lənkəran"ı yenməklə 6 oyunluq qələbəsizliyə son qoyub. "Neftçi" isə son 3 Premyer Liqa oyununda uduzmayıb.

Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Saat 18.00-da başlayacaq qarşılaşmada ədaləti Orхan Məmmədov qoruyacaq. "Zirə" artıq 3 turdu uduzmur, "Qarabağ" isə ötən tur ""İnter"ə qalib gəlib.

Qeyd edək ki, turun iki oyunu dekabrın 11-də keçirilib. "Sumqayıt" "İnter"ə 3:2 hesabı ilə qalib gəlib, "Kəpəz" - "Rəvan" matçında hesab açılmayıb - 0:0.

Premyer Liqa
2015/16 mğvsümü
II dövrə, XVI tur

13 dekabr
AZAL - Xəzər Lənkəran
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"AZAL Arena". Saat 15.00.

Qəbələ - Neftçi
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu. Saat 15.30.

Zirə - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zirə İdman Kompleksinin stadionu. Saat 18.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

11

2

2

25-9

35

2

Qəbələ

15

7

6

2

23-10

27

3

Zirə

15

6

7

2

15-12

25

4

İnter

16

6

6

4

14-12

24

5

Kəpəz

16

5

7

4

17-16

22

6

Neftçi

15

5

5

5

17-16

20

7

Sumqayıt

16

3

7

6

18-23

16

8

AZAL

15

3

4

8

8-17

13

9

Xəzər Lənkəran

15

3

3

9

10-20

12

10

Rəvan

16

2

5

9

9-21

9

Bombardirlər

Riçard Almeyda (Qarabağ), Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqada-xvi-tur-hyacan-t46102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR