Ramzan Kadırov tikintini uşağa tapşırdı - VİDEO

Ramzan Kadırov tikintini uşağa tapşırdı - VİDEO
13:17 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Çeçen Respublikasının prezidenti Ramzan Kadırov yol tikintisinə nəzarəti ikinci sinif şagirdinə tapşırıb. 

Milli.Az kp.ru-ya istinadən bildirir ki, Nojay-Yurtdan olan Əhməd Abubakarov rayon rəhbərliyinin uzun müddət həll etmədiyi (yaxud etmək istəmədiyi) problemi iki gündə çözüb. O, məktəblərinə aparan yolun bərbad olması barədə respublika prezidentinə yazıb. 

- Əhməd mənə məktəblərinə aparan yolun yağışlı havada palçıqdan keçilməz olduğunu göstərən videosunu göndərmişdi, - Kadırov yazıb. - Bu, onu əsəbləşdirirdi, axı daim ayaqqabını yumaq, şalvarı təmizləmək lazım idi, üstünü batırdığına görə anası tez-tez danlayırdı. Əhməd şəxsən özü üçün heç nə istəmirdi. Sadəcə məktəbə aparan yolun düzəlməsini istəyirdi.  

Prezident uşağın müraciətinə biganə qalmayıb, dərhal oraya komissiya göndərib. 

- Məlum oldu ki, yol, doğrudan da, pis vəziyyətdədir. Əhməd və onun dostları üçün yeni yol salınmağına göstəriş verdim. İşlər cəmi bir sutkaya görüldü. 50-dən artıq fəhlə 30 texnika ilə iki növbədə işləyib yolu çəkdi. İşlərə isə şəxsən Əhməd nəzarət etdi.

Artıq bazar ertəsindən Əhməd və yoldaşları məktəbə təzə, 1200 m uzunluqdakı yolla gedəcəklər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR