Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub
13:18 13 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.
Müdafiə Nazirliyinın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 90 dəfə atəş zərbəsi endirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_silahli_bolmeleri_sutka_erzinde_ateskes_rejimini_87_defe_pozub-910891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR