Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oqtay Kaynarca: "Niyə ona bir söz demədiniz?!"

Oqtay Kaynarca: "Niyə ona bir söz demədiniz?!"

Date: 13 December 2015 13:37

Həbsxanada yatan müğənni Dəniz Səkinin "Eşkiya dünyaya hükmdar olmaz" serialında çəkilməsini ələ salan Gülbən Ərgənin həyat yoldaşı Erhan Çelikə aktyor Oqtay Kaynarcadan sərt cavab gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərhan "Məhkum oğluna bişirdiyi çörəyi qadağan edildiyi üçün verməyən analar var. Həbsxanaya serialın böyük çəkiliş heyətini salmaq nə deməkdir?" açıqlamasını vermişdi. 

O.Kaynarca Dənizi müdafiə edib:

"Biz içəriyə çörəkdən də önəmli bir şey - ümid saldıq. Kimsənin cibində daş toplayıb atmaq üçün uyğun zaman gözləməsi qəribədir. Daşı da kimə atırlar? Dəniz Səkiyə. Hələ dünənə qədər sevərək mahnılarını dinlədikləri Dəniz Səki. Bu işin altında kiməsə xoş əhval-ruhiyyə vermək niyyəti var. Belə bir iş gördük, cinayət etdik? Bu qədər ümidi çox görən qara qəlbli insanlar yaxınlarının o qıza aid klipdə yer almasına bir söz demirdilər. Dəniz Səki həbsxanadan çıxacaq və övlad sahibi olacaq".

Qeyd edək ki, Gülbən Ərgən Denizə həsr olunan "Hayat 2 bilet" klipində yer alıb.

Milli.Az


Tags:  Oqtay Kaynarca Niyə ona söz demədiniz


RƏYLƏR


Top news