Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşmüş neftçilərin axtarışı ilə bağlı SON XƏBƏR

İtkin düşmüş neftçilərin axtarışı ilə bağlı SON XƏBƏR

Rusiyada itkin düşmüş azərbaycanlı axtarışa verildi (24 Mart 2017 11:32)
İrlandiyada helikopter qəzaya uğrayıb, 1 nəfər ağır yaralanıb, 3-ü itkin düşüb (14 Mart 2017 14:07)
SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib (07 Mart 2017 15:13)

Tarix: 13 Dekabr 2015 13:39

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün bir gəmi cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.

 

 

“Hazırda  1 təyyarə və 3 helikopter axtarışla məşğuldur. Eyni zamanda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır” deyə, məlumatda bildirilib.

 

Nazirlikdən o da əlavə olunub ki, daha iki gəmi mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.

 

Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib. 


Teqlər:  İtkin düşmüş neftçilərin axtarışı bağlı SON XƏBƏR



RƏYLƏR


Top xəbərlər