“Ağ ayaqqabı” – oxucularla yeddinci görüş

“Ağ ayaqqabı” – oxucularla yeddinci görüş
13:43 13 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Bu gün imzasını oxuculara sevdirmək üçün səy göstərənlərdən biri də şairə Mətanət Ulu Şirvanlıdır. Onun Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində nəşr olunan yeni “Ağ ayaqqabı” şeirlər kitabı da məhz bu istəkdən yoğurulub.
AZƏRTAC xəbər verir ki, “Mütərcim” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan bu kitab müəllifin oxucularla sayca yeddinci görüşüdür. “Qızıl qələm” mükafatı laureatı M.Ulu Şirvanlının şeirlərində fəlsəfi düşüncələr diqqəti daha çox cəlb edir. Kitabda toplanan poeziya nümunələrinin müxtəlif illərdə yazılmasına baxmayaraq, onları bir mühüm cəhət – yeni üslub və ifadə tərzi birləşdirir.
Vətən sevgisi, el-obaya, torpağa bağlılıq kitabdakı şeirlərin əsas qayəsidir. Lakin bu şeirlərdə poeziyanın əbədiyaşar məhəbbət mövzusu da unudulmur. Onun şeirlərində bəşəri-dünyəvi hisslərə bağlılıq aydın hiss olunur. Bu mənada Mətanət Ulu Şirvanlını hiss və duyğular şairi adlandırmaq olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ag_ayaqqabi___oxucularla_yeddinci_gorus-910893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR