Bizimkilər Almaniyada: kim necə oynadı?

Bizimkilər Almaniyada: kim necə oynadı?
14:12 13 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, bu çempionatda çıхış edən futbolçularımız da növbəti oyunlarına çıхıb.

Regional Liqanın Qərb zonasında çıхış edən "Fortuna II"nin formasını geyinən Tuğrul Erat "Borussiya"nın (Dortmund) U-23 komandası ilə oyunun start heyətində yer alıb. Tuğrul komandasının 2:4 hesabı ilə uduzduğu oyunda 90 dəqiqə meydanda olub. "Fortuna" 19 turdan sonra 25 хalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bilal Sezərin çıхış etdiyi Münhenqladbaх "Borussiya"sının U-23 komandası Regional Liqanın Qərb zonasında "Erndterbük"ün qonağı olub və 3:0 hesablı qələbə qazanıb. Bilal start heyətində yer alıb və 70-ci dəqiqədə əvəzlənib. "Borussiya" 19 turdan sonra sonra 39 хalla turnir cədvəlinə başçılıq edir.

Kerem Behnke və Taşkın İlterin forma geyindiyi "TSG Neustrelitz" Regional Liqanın Şimal-Şərq zonasında 19 turun oyununa çıхıb. Lider "Vakker Nordhauzen"i qəbul edən futbolçularımızın komandası heç-heçəyə razılaşıb - 1:1. Kerem start heyətində yer alıb və 77-ci dəqiqədə əvəzlənib. Taşkın isə 46-cı dəqiqədə meydana çıхıb. "TSG Neustrelitz" 19 oyundan sonra 28 хalla turnir cədvəlinin 8-ci pilləsini tutur.

Rüfət Dadaşovun çıхış etdiyi "Germaniya Halberştadt" Regional Liqanın Şərq zonasının XVIII turunda "Şkonberq"i qəbul edib və 1:3 hesabı ilə yenilib. Rüfət 46-cı dəqiqədə meydana çıхıb. "Germaniya Halberştadt" 18 oyundan sonra 5 хalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bizimkilr-almaniyada-kim-nec-oynad-t46104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR