Küveyt mətbuatında Azərbaycanın bu ölkədəki səfirinin müsahibə və məqalələri dərc olunub

Küveyt mətbuatında Azərbaycanın bu ölkədəki səfirinin müsahibə və məqalələri dərc olunub
14:13 13 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Küveytdə gündəlik ərəb dilində yüksək tirajla nəşr edilən, nüfuzlu və böyük oxucu auditoriyasına malik “Əl-Ənbə”, ”Əl-Sabah” və “Əl-Nahar” qəzetlərinin 13 dekabr tarixli buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin müsahibəsi və məqalələri dərc olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, müsahibə və məqalələrdə səfirlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı keçirilmiş anım mərasimindən, eləcə də Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilir. “Əl-Nahar” qəzetində “Heydər Əliyev – Azərbaycanın Ümummilli Lideri” başlığı altında nəşr edilmiş müsahibədə SSRİ dağıldıqdan sonra dünya miqyaslı dövlət xadiminin ölkədə insan hüquqları, enerji və s. sahələrdə həyata keçirdiyi demokratik islahatlar sayəsində Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən söz açılıb.
Müsahibədə, həmçinin Ulu Öndərin həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açılıb, müasir Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu vurğulanıb, hazırda Prezident İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyi qeyd olunub.
“Əl-Ənbə” qəzetində “Azərbaycan səfirliyi Heydər Əliyevin xatirəsinin 12-ci ildönümü qeyd edir” başlığı altında nəşr olunmuş məqalədə Ulu Öndərin keçdiyi zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edilir, onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin sabit inkişaf yoluna qədəm qoyması diqqətə çatdırılıb.
“Əl-Sabah” qəzetində ”Azərbaycan səfirliyi Ümummilli Lider Heydər Əliyevin xatirəsinin 12-ci ildönümünü qeyd edir” başlıqlı məqalədə də ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyevin mühüm rolu vurğulanmaqla yanaşı, keçmiş Sovet İttifaqının Siyasi Bürosunda yeganə müsəlman lider olan Ulu Öndərin ərəb və islam dünyasının dostu kimi problemlərin ədalətli həllinin əzmli tərəfdarı olması barədə də oxuculara ətraflı məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveyt_metbuatinda_Azerbaycanin_bu_olkedeki_sefirinin_musahibe_ve_meqaleleri_derc_olunub-910895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR