Məşhur müğənni zorlanmasından danışdı: "O cür paltar geyinməməliydim"

Məşhur müğənni zorlanmasından danışdı: "O cür paltar geyinməməliydim"
14:27 13 Dekabr 2015
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın məşhur müğənnilərdən biri Ledi Qaqa tanınmış prodüser tərəfindən zorlandığı barədə ilk dəfə danışıb. 

Anspress-in məlumatına görə,  Ledi Qaqa 19 yaşında özündən 20 yaş böyük olan prodüser tərəfindən zorlandığı barədə danışıb. 

Əsl adı Stefani Cermaontta olan müğənni bildirib ki, uzun müddət psixoloji problem yaşayıb. İfaçı "The Hunting Ground" sənədli filmin premyerasında çıxış edərək hamını təəccübləndirib. 

"Mən 7 ildir ki, bu barədə heç kimə danışmamışam. Hətta bilmirəm, bu barədə necə düşünüm, bunu necə qəbul edim".

Müğənni günahın özündə olduğunu vurğulayıb. Qaqanın sözlərinə görə, o, hadisədən sonra tamam dəyişilib. 

"Düşünürəm ki, baş verən hadisənin cavabdehi özüməm. O cür paltar geyinməməliydim, ümumiyyətlə təxtibata əl atmağı sevirəm. Hadisənin baş verməsinin günahkarı özüməm. O cür cəlbedici olmamalıydım".

Lakin zaman keçdikcə ifaçı dərk edirdi ki, zorakılıqda ancaq təcavüzkar günahkardır. 

"Konsertlərdə çıxış edərkən bir çox gözəl gəncin simalarını görürəm. Bilirəm ki, bu insanların çoxusu daxilində dəhşətli sirlər saxlayırlar. Amma acını içəridə saxlayıb özünüzə əziyyət verməyin. İmkan verməyin çürük alma içərinizdə olsun. Onu zibil kimi çıxarıb atın. Gəlin ondan birlikdə əl çəkək". 

Ledi Qaqa bu vaxta qədər heç vaxt ona təcavüz edən şəxsin adını deməyib. Deyilənə görə, ona Doktor Lyuk adı ilə tanınan Lukaş Sebastyan adlı prodüser təcavüz edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR