Əməkdar artist Elza Seyidcahan İstanbula yola düşüb.
Axşam.az-ın məlumatına görə, müğənni qardaş ölkədə keçiriləcək "Türkvizyon" mahnı yarışmasında iştirak edəcək. Belə ki, E.Seyidcahanın tələbəsi Mehman Tağıyev müsabiqədə Azərbaycanı təmsil edəcək. O, musiqisi E.Seyidcahana, sözləri Qənirə Paşayevaya məxsus "İstanbul" mahnısını səsləndirəcək.
"Türkvizyon"da Azərbaycan tərəfindən bəstəkar İsa Məlik münsif kürsüsündə əyləşəcək.


