Fatih Terim: "Ən çətin qrupa düşdük"

Fatih Terim: "Ən çətin qrupa düşdük"
14:59 13 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın final mərhələsindəki rəqiblərini dəyərləndirib.
 
Lent.az-ın qol.az-a istinadən məlumatına görə, Terim yerli mətbuata açıqlamasında çətin qrupa düşdüklərini deyib:
 
"Hədəflərinə çatmaq üçün hər şey edən bir komandamız var. Bir türk uşağının Avropa çempionatında forma geyməyini görmək böyük sevincdir.
 
Digərlərinə nisbətən bizim qrupda ağır oyunlar olacaq. Çexiya bizim kimi bir komandadır. İspaniyanın hər bir futbolçusu dünya ulduzudur. Xorvatiya millisi ilə dünya çempionatında da rəqibik. Ən çətin rəqiblər bizə düşdü. Ancaq rəqibimizin kim olmasından asılı olmayaraq məmnunuq. Mən inanmalıyam ki, komandam da məndən ruh alsın. Hədəfimiz qrupda ikinci yeri tutmaqdır".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR